Balama çalsa layla bülbüllər,Balamı bəsləsə qızılgüllər,Göydən enmiş mələk gəlib yanıma,Balama söyləsə şirin dillər:– Qoy anan da yazıqdı yatsın, gəl,Yat balam, yat quzum, bir az dincəl.Ciyərim parəsi, gözüm nuru,Dərdimin sən əlacı-məşhuru,Qulluğunda anan pərəstardır,Söyləyir cənnət içrə hər huri:– Qoy anan da yazıqdı yatsın, gəl,Yat balam, yat qızım, bir az, dincəl.Yaşa, böyülən sağ ol, cavan canım,İgid ol, ərsəyə gəl, oğlanım,Oxu, ol millətin pərəstarı,İndi yat, yuxula dərdə dərmanım:– Qoy anan da yazıqdı yatsın, gəl,Yat balam, yat quzum, bir az dincəl.Aqil ol, çat kamala, ey oğlum,Alim ol, elmi-hala, ey oğlum,Mərifət məktəbində xoşbəxt ol,Uğrama heç zəvala, ey oğlum:– Qoy anan da yazıqdı yatsın, gəl,Yat balam, yat quzum, bir az dincəl.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice