Bunu yaxşı bilir arif olanlar,Qürbətdə yar sevmək nə şirin imiş.Bir oğul atadan artırsa işi,Əcəb, el içində afərin imiş.

Məcnun kimi ov quşunu ovladım,Zəncir saldım dost kuyində oynadım.Dərin, dayaz dəryaları boyladım,Hicranın dəryası nə dərin imiş!

Nadan olub xeyir-şərin qanmayıb,Hədər bu dünyanı səhli sanmayıb,Dünyanın varına heç aldanmayıb,Abdullanın könlü nə sərin imiş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation