Araz qırağında ayrılıq günü,Köynəyi qaradan biçilən mənəm.Bəli, cənubluyam, yadlar əlində,Al qanı şərabtək içilən mənəm.

Bir vaxt görüşərdik Xudafərində,İndi yellər əsir onun yerində.Vətən səngərində, el səngərində,Bağrı deşim-deşim deşilən mənəm.

Tapdaq altındadır vətən torpağı,Hələ sağalmayıb sinəmin dağı.Qardaş həsrətilə hər bahar çağı,Yarası lalətək açılan mənəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation