Yenə min arzuyla çıxdım səfərə,Araz sahilində izimi gördüm.Əziz qardaşımın, dərdli bacımın,Gözündə yol çəkən gözümü gördüm.

Vüsalı görsəm də bir röya kimi,Nə qəm, bir arxam var bu dünya kimi.Coşqun dalğalara bir qaya kimi,Sinəsini gərən özümü gördüm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets