Bir gözəl görmüşəm bizim ellərdə,Üzündə sezmişəm busə bağları.Yaşılbaşlar cəm-xəm eylər göllərdə,Tərlan şikarında busa bağları.

Nəzər saldım xanəsində a dərə,Zəhmətimdən süzüləndə a dərə,Könül istər güllərini a dərə,Qorxum budu bağban busa bağları.

Məhəmmədəm, çəksəm gəlməz ayarım,Dolu badəm indi oldu a yarım,Nə səbəbdən pərişansan a yarım?!Səni qəmgin gördüm bu sabağları.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring