Cahangir Cahangirova

Bəstəkar dost, dünən məni dəvət etdin evinə,Düz sözümdür, gəldim sizə mən sevinə-sevinə.Heç özüm də bilmirəm bu nə hikmətdir, nə sirdir,Mənim könlüm musiqiyə körpəlikdən əsirdir.Bu otaqda səndən, məndən, bir də babam Füzuli,(Ayrılıqdan tutulmuşdu dərdə babam Füzuli).Oturmuşdu xeyli dalğın otağın bir küncündə,Düşüncələr içində.Ustadımı sən dindirmək istədin,Sevindirmək istədin.Barmaqların pianonun dillərində oynadı,Sənə qanım qaynadı.Musiqiylə həmahəngdi Füzulinin qəzəli,Göz önümdə gəlib durdu ustadımın gözəli.Füzuliydi bu axşamkı candan əziz qonağın,Onun şair nəfəsiylə ətirləndi otağın.Məclisində birdən-birə bir gözəl də göründü,Füzulinin gözlərinin pərdəsinə büründü.Məhəbbətlə pıçıldadı dodaqlar...

Pianonun dillərindən ayrılmadı barmaqlar,Sən çaldıqca küsülülər, həsrətlilər barışdı,Dördümüzün göz yaşları bir-birinə qarışdı.Sən çaldıqca, Füzulinin rəngi gəldi özünə,İlk dəfəydi bu nakamın bəxti güldü üzünə.Sən tapmışdın ustadımın dilini,Üçümüz də sıxdıq sənin əlini.Dördümüz də birgə çıxdıq mənzilindən küçəyə,Füzulinin şair gözü günəş oldu gecəyə,Şairimiz yüz illərdə həsrətini çəkdiyi,Gecə-gündüz gözlərindən hicrində yaş tökdüyüÖz əvəzsiz dilbəriylə qol-qolaydı bu gecə.Alnıaçıq Füzulinin,Eşqə sadiq FüzulininHicran yollu bir səfərdən gəldiyini eşidib,Artıq qara, gəc bəxtinin güldüyünü eşidibSevişənlər axın-axın küçələrə çıxdılar,Dönə-dönə ustadımın əllərini sıxdılar.Bütün şəhər gözəllərlə bəzəndi,Qəzəllərlə bəzəndi.Milyon-milyon pəncərədən güllər yağdı başına,Şəhərimin gözəlləri çələng taxdı başına.Şair babam bu torpaqda xitam verdi fəryada,Məhəbbətlə seyrə dalıb gülşən gördü hər yanı.Onu görmək istəyənlər getməsinlər Bağdada,Mənim şair ürəyimdir Füzulinin ünvanı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation