Niyə məni dərdi-hicran,Öldürür ol yardan ayrı.Qan tökmə mərdumi çeşmim,Çeşmi-xunxarıdan ayrı.

Nazilə sallanar o mah,Yaxıb canım, alır nagah,Getmənəm behiştə billah,O xoş göftarından ayrı.

Kəsilibdi ahu-naləm,Firqətindən yaman haləm,Əndəlibi-nitqi laləm,Güli-ruxsarından ayrı.

Qəmindən əl üzə bilmən,Bir gün onsuz dözə bilmən,Tutmuşam xu, gəzə bilmən,Naleyi-zarıdan ayrı.

Öləndə Aşiqi-şeyda,Gəlib ustə edin qovğa,Desinlər heyf, səd heyfa,Getdi dildarından ayrı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love