Mərdümi-çeşmin qan ağlar,Xali-hindudan ayrılmış.Sızıldar mürği-dil daim,Zülfi-xoşbudan ayrılmış.Qoynunda bağü bostanın,Barvəridir gülüstanın,Sanasan iki püstanın,Şaxı-limudan ayrılmış.Qayıdıb baxmağın hər yan,Görən kimi qalır heyran,Deyirlər yarəb bu ceyran,Hansı ahudan ayrılmış.Əgər tab etməz hicrana,Məzəmmət etməyin cana,Para-para olur şana,O tari-mudan ayrılmış.Qaşın şövqilə peyvəstə,Qaməti olub şikəst,Dirilməz Aşiqi-xəstə,Taği əbrudan ayrılmış.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets