Bu
Beylə ki, bir könül olmaz,Acizü binəvadır bu.Eyləyib zülfündən məskən,Əcəb günü qaradır bu.
Cəmiyyətü-dərdi aləm,Ətrafında görənlər həm,Sorsalar nədir? Deyərəm:Yardan gələn bəladır bu.
Səri-kuyinin həmdəmi,Nə dərdi var, nə də qəmi,Istəməz gülli-aləmi,Özgə zövqü səfadır bu.
Ağzını dərdimə dərman,Gərçi derlər, yoxdur güman,Müşkül oldu aman, aman,Bir dərdi-bidəvadır bu.
Dərdində eyləsən şivən,Desə kimdir o məh, bilmən,Bir deyin allahı sevən,Aşiqi-binəvadır bu.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehemmed-bey-asiq-bu
Use ← → keys to move, R for a random poem