Cahanda görmədim bir gün səvayi binəvalıqdan
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Cahanda görmədim bir gün səvayi binəvalıqdan,Dəxi qurtarmardım bir dəm mən anda mübtəlalıqdan.
Bu viranda budur adət ki, hər kim əhli-hal olsa,Salır yüz piçü tabə, el götürməz bəd ədalıqdan.
Işi dərdü bəla çəkmək təmənnası əbəs xəlqin,Nə qulluxdan olur xeyri, nə bir nəfi ağalıqdan.
Aça hər kim sədaqətlə məhəbbət bağının babın,Cəfa qeyri bar görməz nihali-aşinalıqdan.
Bu beş gün ömrdən ötrü bu nə bihudə qovqadır,Nədir məqsəd sana bilməm, bu günə bədxudalıqdan.
Böyük ağır olur həsimal tək gər olsa malik çoxTəsəvvür eyləsən yekdir kədalıq padşahlıqdan.
Maqta — the closing couplet bearing the poet’s pen name. Cəlalü cəhdən ötrü, gözüm, cırmaşa məxluqəDilərsən izzətü rüfət həmişə istə xaliqdən.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehemmed-bey-asiq-cahanda-gormedim-bir-gun-sevayi-binevaliqdan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Rəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
تر دامنی که ننگ وجودست گوهرشدریا نشسته خشک لب از دامن ترش
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,