Mən desəm haqqını al, sən demə: “Allah qoysa”.Vətənin dərdinə qal, sən demə: “Allah qoysa”.

Keçmiş ağ günlərini, qüdrətini, şöhrətiniMən desəm bir yada sal, sən demə: “Allah qoysa”.

Mən desəm gəl görüşək, can evimizdən əbədiQovsun hicranı vüsal, sən demə: “Allah qoysa”.

Mən desəm yaxşı düşün, xalqını inkar edənə,Ayıq ol, vermə macal, sən demə: “Allah qoysa”.

Mən Süleyman bilirəm dərdimizin çarəsini,Söyləsəm, qardaş, ucal, sən demə: “Allah qoysa”.

Milyon inşallah ilə ağ günə çıxmaq olmaz.Mən desəm “Cəngi”ni çal, sən demə: “Allah qoysa”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation