Ürəyimdə gəzdirirəm doğma anam torpağı,Babalardan yadigardır hər gülşəni, hər bağı.Mən torpaqdan yaranmışam, torpaq məndən yaranıb,Mənə vətən yaranıb.Milyon-milyon məhəbbətlər yatır torpaq altında,Məhəbbətlər, xoş söhbətlər yatır torpaq altında.Tarix bilir nələr, kimlər qarışıb bu torpağa,Milyon-milyon təbəssümlər qarışıb bu torpağa.Torpaq altda vaxtlı, vaxtsız yatanları anıram,Özümü də bu torpağa bir namizəd sanıram.Sanıram ki, yer üzünə işıq salan ulduzlar,Köçüb getmiş dühaların qocalmayan sözüdür.Gecələri dünyamızı seyrə dalan ulduzlarTorpaq altda yatanların göylərdəki gözüdür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland