Təzədən işlənmiş

Bülbül! Sənə ilham verən azad vətənindi,Bağlardakı güllər də, çiçəklər də sənindi.Sən millətə, millət sənə bağlı,Sən sənətə, sənət sənə bağlı,

Qüdrətli vətən bülbülü oldun,Şöhrətli vətən bülbülü oldun.Hər yerdə vüqarınla göründün,Öz şəxsi baharınla göründün.Sən müjdə verərkən bizə sənət baharından,Biz vəcdə gəlirdik əbədi mahnılarından.Alqışların altında boy atdın,Bülbül kimi xoş arzuna çatdın.Ey ləhcəsi göyçək:Ey nəğməsi göyçək,Eşqinlə cavandın,Məclislərə candın.Qoydun nə üçün sən bizi sənsiz,Kim dindirəcək “Sənsiz”i sənsiz?!Ey varlığı xoş nəğməli Bülbül,Xoş kəlməli Bülbül,Sən zirvəyə qalxdın, yenə də zirvədə qaldın.Ustad kimi gənc nəslə ömürlük dədə qaldın.Köçdünsə də son mənzilə, öz kamına yetdin,Bülbül kimi gəldin, yenə bülbül kimi getdin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring