Fikrət Qocaya

Gözəl şeirlərini öz adında saxlarsan,Vətən məhəbbətinin gur odunda saxlarsan.Cıdırda söyləsələr “at seçin”, açıq gözünüİgid Qaçaq Nəbinin Bozatında saxlarsan.Çaparsan arzularınla Cənuba əldə qələm,Sonunda zirvələrin son qatında saxlarsan.Vətənsizin yeri yoxdur bizim bu gülşəndə,Bunu mənim kimi hər an yadında saxlarsan.Deyim ürək sözümü, sən də mən Süleymantək,Cənubun həsrətini fəryadında saxlarsan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland