Bir gözəlin xatiratından
Yox, belə deyildim, gülməyin mənə,Bir zaman gözəllər gözəliydim mən.Çoxunun sözündə, gözündə, bəli,Bütün gözəllərin əzəliydim mən.Artıq illər keçib, ağarıb başım,Alnımda cığırlar salıbdır yaşım.Nəvə əlləriylə daranır saçım,Arxada qalmışdır o çağım indi.Xatirələr olur, qonağım indi.O da yadımdadır, güllü bir yazdı,Bir şair hüsnümə şeir də yazdıOnu medalyontək boynumdan asdı.Görəsən o şair hardadır indi,Sanmasın bu qarı dardadır indi.Nəsillər dalınca nəsillər gəlir,Dövrəmdə nəvələr oynayıb gülür.Onların dilini nənələr bilir,Bilirəm mən kimə gərəyəm indi,Məsum körpələrə ürəyəm indi.
Verərək baş-başa düz ürəyimlə,Söhbət eləyirəm öz ürəyimləŞairin gözündə “buz” ürəyimləYəqin nə çiçəyəm, nə güləm indi,Gözəllər gözəli deyiləm indi!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-bir-gozelin-xatiratindan
Use ← → keys to move, R for a random poem
More by this author
Söyləmə, sevgilim, vəfasız mənə,Mən ki, yad edirəm hər zaman səni.
AyrılıqHicran daşı vurdun kürəyimdən,Atdın məni, atdın məni, atdın.
GözəllərXəzər sahilinə gözəllik verənGözəl şəhərimin gözəlləridir.
İtirmək istəmirəmÜzünü görmədiyim illər gəlib ötüşdü,Bəxtimə bax, nəhayət, vüsal vaxtı yetişdi.
Poems by other poets
Dünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndənÇəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
VəndSəfheyi-mülk cahanda xalə bənzərdir Vənd,Basəfalıqda behişt ilə bərabərdir Vənd