Yazmışam adını
Söyləmə, sevgilim, vəfasız mənə,Mən ki, yad edirəm hər zaman səni.Qəlbimdən bircə an qopara bilməzNə boran, nə tufan, nə hicran səni.
Deyirəm hüsnünü gülşəndə görüm,Könlümə həsrətin düşəndə görüm.Ömürlük anamız Vətəndə görümGörməyim pərişan, bağrı qan səni.
Yazmışam adını günə, aya mən;Düşmüşəm eşq adlı bir sevdaya mən.Səninçün gəlmişəm bu dünyaya mən,Mənimçün yaradıb yaradan səni!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-yazmisam-adini
Use ← → keys to move, R for a random poem
More by this author
Ay ellər, sanmayın həyatda bir gün,Birgünlük şam kimi sönəcəyəm mən.
Təbriz dərdiDünyanın cəlladları,Millətimin yadları
Ey şanlı Ərkim!Əziz qardaşım Abbas Zamanova*Salam, ey qəhrəman, ey şanlı Ərkim!
Şair sönməzəKim deyir dar gündə meydanlarda dinməz – şerimiz!Yox, döyüşlərdən zəfərsiz – mənim dönməz – şerimiz
Poems by other poets · Love
Bağça barın arzular,Aşiq yarın arzular,
Şâhâ gönülüm kaşuna peyveste degül miŞâhâ gönülüm kaşuna peyveste degül miSagun girihiyile cânum beste degül mi
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?