Küsdü yar məndən, nəhayət, sevməyir qoy sevməsin,Eyləməz könlüm şikayət, sevməyir qoy sevməsin.Sanmasın canan onunçün gözlərim qan-yaş tökər,Tapmaram onsuz səadət, sevməyir, qoy sevməsin.Bir böyük aşiqdən öyrəndim, həyatda çox zamanVəslə yaddır ilk məhəbbət, sevməyir qoy sevməsin.Çatdırın, dostlar, vəfasız dilbərə son arzumu,Çəkməsin eldən xəcalət, sevməyir qoy sevməsin.Şerə verdim könlümü, şair Süleyman Rüstəməm,Bilmərəm bir özgə şöhrət, sevməyir qoy sevməsin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love