Bağışla
Şair, vətənə, xalqa gülüstanı bağışla,Dildarına, gəl, bu yeni dastanı bağışla.
Canan məni tərk etdi, düşündüm gecə-gündüz,Könlüm dedi ki, qəm yemə, cananı bağışla!
Mən vəslinə həsrət çəkirəm xeyli zamandır,Canan, yenə də sən mənə hicranı bağışla!
Qəlbimlə verib baş-başa, gəldim bu qərarə:Öz xalqına, şair, bu şirin canı bağışla...
Könlüm gülə bilməz bilir aləm ki, vətənsiz,İstər ona sən varlığı, dünyanı bağışla!
Ey nazlı vətən, mən sənə öz könlümü verdim,Qarşında günahkarsa, Süleymanı bağışla!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-bagisla
Use ← → keys to move, R for a random poem
More by this author
Yaman qarışdırmışdı şöhrət mənim başımı,Yaxınıma qoymurdum dostumu, yoldaşımı.
ÖlsəYadigar qoymalıdır xalqa hər insan, ölsə,Etməsinlər deyə bir an onu nisyan, ölsə.
OlsunBir adətidir bülbülün hər fəsli-bahardaSorsun “hanı bir yer, bu çəməndən gözəl olsun!”
Qıra bilməzHər kim ki, sevir, sevgidən ölməz,Qəlbimdə coşan telləri heç vaxt
Poems by other poets · Love
Sallanıban bağdan gələn ay maralım, bir su ver.Malım-mülküm sənin olsun, küllü varım, bir su ver.
HicranAyrılıq dediyin duzlu bir sudur,içdikcə köz kimi yandıracaqdır.
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Yaxın gəlHərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.