Su ver
Sallanıban bağdan gələn ay maralım, bir su ver.Malım-mülküm sənin olsun, küllü varım, bir su ver.Vücudumu atəş aldı,dumanım ərşə çıxar,Qurudu dilim-dodağım, dil fəraqım, bir su ver.
Gözəllər xətri əzizdir, bir-birindən seçmərəm,Versələr də dünya malın, sevdiyimdən keçmərəm.Yad əlindən abi-həyat olursa da, içmərəm,Özün doldur, öz əlinlə ey məlalım, bir su ver.
“Xəstə Həsən gəldi” deyə çağırarlar adımı,Eşq ucundan yandı cismim, eşidin fəryadımı.Neyləyirəm dünya malın, almasam muradımı?Qaşı hilal, abı zülal, ləbi ballım, bir su ver.
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-hasan-su-ver
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Qəzəl: Təzəllümdən usandı zülmdən dildar usanmazmıTəzəllümdən usandı, zülmdən dildar usanmazmıCəfa və cövrdən əğyar usandı, yar usanmazmı
Bizə həmsöhbət olan özgə kitab almaz ələBizə həmsöhbət olan özgə kitab almaz ələ,Sən də zahidliyin ol dəftərini tulla selə.
Bəxt mənə yar olub şahi-Suleyman bu günBəxt mənə yar olub şahi-Suleyman bu gün,Sayə salıb ustumə ol şəhi xaqan bu gün.