Üstündədir
Bu dünya belə qurulmuş, dövlət-var üstündədir,Ərül-qərül mal qazanır, tarımar üstündədir.Adəm ata, Həvva ana atdılar ol cənnətə,Qorxuram ki, aldanalar, şeytan şər üstündədir.
Bir anadan törəmişik, başqa-başqa dilimiz,Yarın haqqın divanında həp bir olur halımız.Göz görəmməz, ayaq tutmaz, nə çətindi yolumuz.Üstü körpü, altı qazan, o da nar üstündədir.
Xəstə Hasan, sözlərimi dinləyənə nəsihət,Yatanda eylə salavat, qalxanda et vəsiyyət.Göydən yağmadı rəhəmət, yerdən qalxdı bərəkət,Keçdi günüm, doldu sinnim, ixtiyar üstündədir.
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-hasan-ustundedir
Use ← → keys to move, R for a random poem
More by this author
Həm kərimsən, həm alimsən, həm qüvvətli, həm də uca.Gecə-gündüz könlüm istər, dilim eylər iltica.
ƏyriBu gün mən bir pəri gördüm: yerir, yürür, gəzir əyri.Tut yükünü, al bacını, qurma mənnən bazar əyri.
Ağı gözlərBəyzadələr məclisinə gələndə,Ağlı kamil olan a yağı gözlər.
Dadıma mənimÇox şükürlər olsun şahlar şahma,Yetişdi bu halda dadıma mənim.
Poems by other poets
(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Məni dəryaya qoymurlarBu şeyda bülbülü qonsun küli-rənaya qomurlar,Güli-rənanı gülsün bülbülü şeydaya qoymurlar.