Çox şükürlər olsun şahlar şahma,Yetişdi bu halda dadıma mənim.Göndərdi, üstümə gəldi ərənlər,Bir sevgi saldılar yadıma mənim.

Torpaq verdi mənə, bir gözəl yeyim,Yoxdu simli sazım, mən sizə deyim,Əynimə geydirdi qəm paltar — geyim,‘‘Xəstən’’i artırdı adıma mənim.

Pirlər məndən qat-qat dəri soydular,Söylətdilər, söhbətimdən doydular,Mənim adım Xəstə Hasan qoydular,Dedim, Haqq yetişsin dadıma mənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets