Nəfs ilə mərifət durab cahada,Mərfət deyir: – Belə kar eyləməynən!Nəfs deyir: – Baxma naqqal sözünə,Xeyrin gələn yerdə ar eyləməynən!

– Günahkardı nə ki yoldan azan var,İki mələk – xeyir-şəri yazan var.Nəkreyin var, Qıl körpü var, qazan var,Rövşən yollarını tar eyləməynən!

– Zimistan çəkmişəm, yeni yaz olub,Üzüm gözəllərə payəndaz olub,Sözüm bəyənilib, işim saz olub,Sən Allah, siftəmi kor eyləməynən!

– Haqq bizə göndərib dəlili-ayət,Oruc tut, namaz qıl, eylə ibadət,Mehdi divanında olma xəcalət,Məhşərdə yerini nar eyləməynən!

– Sən müztərsən, lovğa-lovğa danışma,Belə sualları məndən soruşma,Nə xeyrimə, nə şərimə qarışma,Qarışsan, çıx, yeri dar eyləməynən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets