Çəkmiyə
Nagah badi-sərsər əsdi üzümə,Ömür bostaiımın tağı kəsildi.Öz əlimdən xəta dəydi gözümə,Bədəndən qolumun sağı kəsildi.
Qəza tutdu, kədər məni budadı,Ağlatdı dostları, güldürdü yadı,Zəhirmara döndü ağzımın dadı,Əlimdə şərbətim ağı kəsildi.
Könlüm yasdan çıxmır, qəlbim qaradan,Bu dərdü möhnətdən, bu macəradan.Dövlət getdi, hörmət qalxdı aradan,Qapımızdan dost ayağı kəsildi.
Müqərrərdi, qaçmaq olmaz ölümdən,Fələyin qılıncı dəydi belimdən,Bir tülək tərlanım getdi əlimdən,Ürəyimin bəndi, bağı kəsildi.
Çox qaçdım qəzadan, olmadı çara,Bir vurmuşdu, bir də vurdu dübara,Çinovniklər istədilər qurtara,Dostlarım özümə yağı kəsildi.
Qul Ələsgər, işin müşgüldü, müşgül,.Dərdini deməyə yoxdu əhli-dil.Döy başına, fəğan eylə müttəsil,Daha deyib-gülmək çağı kəsildi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-kesildi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,