Mələk
Mən səni bənzətmişəmHuriyə, qılmana, Mələk!Baxışın canlar alır,Qəmzən səkir qana, Mələk!Qaşın qüdrətdən çəkilib,Oxşayır kamana, Mələk!Xalının bir dənəsinVermərəm cahana, Mələk!Üzün görüb ayrı düşənQalar yana-yana, Mələk!
Geyinib əndamınaƏbrü ətlaz, alı gözəl;Xara don, zərin nimtənə,Başındakı şalı gözəl;Bəxtəvər gümüş kəmərQucur qəddi-qalı gözəl;Qulağında qızıl sırğa,Zənəxdanda xalı gözəl;Qılıbsan hüsnün şamınaSən məni pərvana, Mələk!
Gözəlin məclisindəŞirin söhbət, saz dolanır;Hüsndən könüllərəBahar keçir, yaz dolanır;Süzür, gəlir səkə-səkə,Sanki, quba-qaz dolanır;Qaşında, kirpiyindəIşvə, qəmzə, naz dolanır;Gözləri cəllada dönüb,Qəsd eləyir cana Mələk.
Gözəllər dəstə-dəstəQulluğuna sana gəlir;Ağa, rəiyyət, bəy, gədəƏmrinə, fərmana gəlir;Aşıq, alim, molla, seyidDad çəkir, amana gəlir;Dəlilər dəxil düşür,Mərizlər Loğmana gəlir;Xəstədi, ƏləsgəriSən yetir dərmana, Mələk!
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-melek
Use ← → keys to move, R for a random poem