Kim deyir dar gündə meydanlarda dinməz – şerimiz!Yox, döyüşlərdən zəfərsiz – mənim dönməz – şerimiz

Vurmasa nəbzində bir xalqın ürək çırpıntısı,Heç özündən razı qalmaz, heç öyünməz şerimiz.Öz müqəddəs məbədi vahid vətən mülkündədir.Ordakı xoş arzular təxtindən enməz şerimiz.Bir vüsal uğrundakı yollarda tufan qopsa da,Donsa da yadlar odunda – yox, isinməz şerimiz.Qardaşım Sönməz! Bu gün çox yaxşı ki, siz, biz varıq.Od saçar gündən-günə ömründə sönməz şerimiz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland