Ulu babalardan, mərd atalardanHaqq yolu izləmək qalıbdır mənə.Azadlıq vurğunu bəşəriyyətiAğ günə səsləmək qalıbdır mənə.

Ey dost, sənə layiq, həm mənə layiq,Zavalsız, xəzansız gülşənə layiq,Qurbanı olduğum vətənə layiqMahnılar bəsləmək qalıbdır mənə.

Araz sahilində gəzən dilbərin,İllərlə min dərdə dözən dilbərinHicranı qəlbimi üzən dilbərin,Yolunu gözləmək qalıbdır mənə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland