Vüsal
Mən etibar edib o nigarın vəfasına,Düşdüm məhəbbətin dolaşıq macərasına.
Bir doğru aşiq olduğumu mən sübut üçünDözdüm, zəhərli töhmətinə, hər cəfasına.
Canan! Yetiş haraya dedim, döndü hər sözümHicrində odlu nalə çəkən ney sədasına.
Eşqinlə, ey gözəl çiçəyim, nazlı dilbərim,Uçdum məhəbbətin sonu yox bir fəzasına.
Mən öz yarımla fəxro edirəm, Rüstəməm, bəli.Yetdim vüsali-yarə böyük qan bahasına.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-vusal
Use ← → keys to move, R for a random poem
More by this author
Qırx il bundan əvvəl səninlə bir günGörüşdük Təbrizdə bir qardaş kimi.
İllərdirİllərdir yazıram özümə görəGözəl insanların arasında mən.
Sinəmdə gəzdirirəmGörəydi kaş ki gözüm bir də şanlı Təbrizimi,Oğullu, qızlı qoçaq, adlı, sanlı Təbrizimi.
Əlimdən ellər tutubBöyük sənətə bağlı şair Süleymanam mən,Ürək sözündə haqlı şair Süleymanam mən.
Poems by other poets · Love
Ey ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Nəğmeyi-əhraranəGöründü mətləi-ümmidimizdən bari-hürriyyət,Təbəssümrizi-istiğnaydır rüxsari-hürriyyət.
Göstərdi tiği-hicran rişteyi-ömrünü əhbabınGöstərdi tiği-hicran rişteyi-ömrünü əhbabın,Kəməndi-gərdəni-can olmasaydı zülfi-pürtabın.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən