İllərdir
İllərdir yazıram özümə görəGözəl insanların arasında mən.Onları qəlbimdə gəzdirmişəm mən,Olsam da dünyanın harasında mən.
Livan qanla açır hər səhərini,Tarix silə bilməz o qan yerini.Görürəm Fələstin körpələrini,Qəlbimin ən dərin yarasında mən.
Nə üçün qəmlisən deməyin mənə,Baxıb o sahilə mən dönə-dönə.Qanlı göz yaşları görürəm yenə,Azərbaycanımın Arazında mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-illerdir
Use ← → keys to move, R for a random poem