Kimə tapşırıb gəldin?!
Musa Yaquba
Qələm dostum, dağları kimə tapşırıb gəldin,Büllur buz bulaqları kimə tapşırıb gəldin?
Nə sən şair olardın, nə mən, ana vətənsiz,Xoş günlər keçirmisən dağlar qoynunda mənsiz.Gözəlliklər aləmi qəribsəməzmi sənsiz?Ələsgərin sazını kimə tapşırıb gəldin,Sazının avazını kimə tapşırıb gəldin?
Zəmilərdə torpağa baş əyən sünbülləri,Çəməndə şənlik quran xanəndə bülbülləri,Şairə gəl-gəl deyən çiçəkləri, gülləri,Dağların laləsini kimə tapşırıb gəldin,Coşqun şəlaləsini kimə tapşırıb gəldin?
O yerlərin varını –Xəzansız baharını,Nənə nağıllarını,Doğma eli, oymağı kimə tapşırıb gəldin,Bərəkətli torpağı kimə tapşırıb gəldin?
Dörd fəslin ahəngini,Yerin, göyün rəngini,Gözəllik çələngini,Quşların xoş səsini kimə tapşırıb gəldin,Məhəbbət nəğməsini kimə tapşırıb gəldin?
Ceyran dırnaqlarıyla daranmış cığırları,Təbiətin əliylə yaranmış cığırları,Könlünə körpəlikdən o tanış cığırlarıSöylə gözləri nəmli, kimə tapşırıb gəldin,Ah çəkib qəmli-qəmli, kimə tapşırıb gəldin?
Qar altından boylanan bənövşələr sənindi,Narlıqda qan dodaqlı gülöyşələr sənindi.Tarlı, kamanlı, sazlı sıx meşələr sənindi.Dostum, bu cah-cəlalı kimə tapşırıb gəldin,Dağ başında maralı kimə tapşırıb gəldin?
Çəkə-çəkə içini,Yığışdırıb köçünü –Turacı, bildirçini,Torağayı, kəkliyi kimə tapşırıb gəldin,Qırqovulu, leyləyi kimə tapşırıb gəldin?
Deyirəm, nə olaydı, o gözəl məkanı, sən,Xəzan bilməz, əbədi, solmaz gülüstanı, sən,Göy üzünün bəzəyi qanadlı karvanı, sən,Günəşdən gənclik odu əmənə tapşıraydın,Kaş mənə tapşıraydın, kaş mənə tapşıraydın!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-kime-tapsirib-geldin
Use ← → keys to move, R for a random poem
More by this author
Sevgilim, məclisə gəl, can sənə qurban olsun,Könül hicrində pərişan sənə qurban olsun.
Car çəkdimDünyaya car çəkib dünən öz inqilabımı,Dəfn etdim əllərimlə bütün iztirabımı.
Çimnaz xanım yuxudadırBir pərdəli komediya*İştirak edənlər
TəbrizimBaxdıqca hüsnünə doymayır gözüm,Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Poems by other poets · Nature and spring
Bahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Seyr edin, gərdəni minaya baxınSeyr edin, gərdəni minaya baxın,Sərimi saldı nə sevdaya baxın.
Gulshan-i Raz, chapter 64از آن گلشن گرفتم شمهای بازنهادم نام او را گلشن راز
DənizDostum İ.İslama*Üfüqlərə başını