Dostum İ.İslama

Üfüqlərə başınıQoyub uzanmış dəniz...Onun böyük qəlbindəKiçik bir duyğu kimiÇırpınır dağ gövdəli,Dağ siqlətli gəmimiz.-Mən,Baxıb, göyərtədən

Görürəm ki,Tullayır biri yemiş qıçası,Biri kağız parçası,O biri, nə bilim, nə -Dənizin saf qəlbinə.Dəniz coşub-daşmayır;Suları çaxnaşmayır.Sakit əzəmətiylə,Gücüylə,QüdrətiyləOna atılanlarıSaflığına qərq edir.Fikir verib görürəm:Dəniz yenə təmizdir.Dəniz yenə dənizdir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring