Seyr edin, gərdəni minaya baxın,Sərimi saldı nə sevdaya baxın.

Zülfü mişkini salıb arizinə,Gün küsuf eyləyib, ol ayə baxın.

Can alar qaşı, tökər kipriyi qan,Mərhəba, ol oxa, ol yayə baxın.

Qəmzəsi qanlar içib məst olubCan alan nərgizi-şəhlayə baxın.

Əksi-mey çöhrəsini al qılıbAçılıb ol güli-həmrayə baxın.

Gör, bənövşə açılıb, ya ki, salıbXətti gül arizinə sayə, baxın.

Bükübən qamətimi dal eləyibSərv tək ol qədi-rənayə baxın.

Maqta — the closing couplet bearing the poet’s pen name. Hicri ol mahiruhun HeyranıSaldı Məcnun kimi səhrayə, baxın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern