Əsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.

O gülzari-vüsalindən uzaqda,Çü bülbül ruzü şəb nalan mənəm, mən.

Nə mənzil, nə məkan, nə xaniman var,Cahanda xəstəyi-dövran mənəm, mən.

Sənin hicrin ilə, cy şəmsi-taban,Bulud tək daima giryan mənəm, mən.

Bu məclisdə olub pərvanə misli,O nari-eşqilə suzan mənəm, mən.

Əsiri-zülfün içrə yox mənim tək,Sədaqəllə sənə qurban mənəm, mən.

Maqta — the closing couplet bearing the poet’s pen name. Qanıma təşnəsən sən ey sitəmkar,Üzünə valehü Heyran mənəm, mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love