Olubdu qəm yatağı, şad gördüyün könlümDağıldı qüssədən, abad gördüyün könlüm.

Diyari-qəmdə giriftarü dəstgir oldu,Kəməndi-firqətə, azad gördüyün könlüm. -

Fəraq dərdinə axtardı, tapmadı çarə,Cəmii hikmətə ustad gördüyün könlüm.

Səriri-vəsldə Xosrovsifət oturmuşdu,Olubdu kuhdə Fərhad, gördüyün könlüm.

Fəraqi-möhnətə düşmüş pərişikəstə olub,Vüsal seydinə səyyad gördüyün könlüm.

Hücumi-möhnətü qəmdən, süpehri-əlayəYetirdi naləvü fəryad, gördüyün könlüm.

Maqta — the closing couplet bearing the poet’s pen name. Çəkib şərarələr, etdi vücudimi, Heyran,Misali-kureyi-həddad gördüyün könlüm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation