Qırx il bundan əvvəl səninlə bir günGörüşdük Təbrizdə bir qardaş kimi.Açdıq qəlbimizi bir kitab kimiSən mənə, mən sənə bir sirdaş kimi.

Artıq qırx ildir ki, görüşmürük biz,Tikanlı məftillər kəsib aranı.Bakı səni görmür, məni də Təbriz,Kəsib qara əllər, kəsib aranı.

Bir əsər vermişdin öz tərcüməndə,Marksın tarixi “Manifest”ini.Səndən xatirətək məndədir, məndə,Orda hiss edirəm məhəbbətini.

Dinlə gör nə deyir sənə bu ürək,Mən nə duz, nə çörək həsrətindəyəm.Səsini eşitmək, üzünü görmək,Səninlə görüşmək həsrətindəyəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland