İllərdir ki, görüşünə həsrətəm,Ayrılıqdan bağrı dağlı qardaşım!“İnqilabdan” dəm vurulan ölkədəƏvvəlki tək dili bağlı qardaşım.

Torpağında solğun güllər görürəm,Başın üstdə qara yellər görürəm,Qanun yazan qanlı əllər görürəm,Ey baharı xəzan çağlı qardaşım!

Aç gözünü dörd yanına yaxşı bax,Qanlı vuruş meydanına yaxşı bax.Xalqın nahaq qurbanına yaxşı bax,Fəryadında tamam haqlı qardaşım.

Ev tapılmaz yasxanaya dönməsin...Dar günündə ürək odun sönməsin.Şan-şöhrətin zirvələrdən enməsin.Savalanlı-qaradağlı qardaşım!

Öz səsini yad səsinə qatma gəl,Nadanların laylasıyla yatma gəl,Addımını min il geri atma gəl.Ey milləti qol-budaqlı qardaşım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland