Mən əlləri qabarlı bağbanam vətənimdə,Bağçamın güllərini yad əllər dərə bilməz.Gəzişir candan əziz sevgilim gülşənimdəEşqimin cəlalını kor gözlər görə bilməz.

Ürəyimin gözüdür kainata pəncərə,Qəlbimə həkk olunur gördüyüm hər mənzərə,Dünyanın mahnıları oxunsa milyon kərəBir ana laylasının yerini verə bilməz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love