Boşboğazlara

Dostuna qəlbində hörmət, məndə vardır, səndə yox,Düşmənə dəryaca nifrət, məndə vardır, səndə yox.

Sən deyirsən ki, vətən, millət mənəm, əhsən mənə!Bu çətin yolda cəsarət məndə vardır, səndə yox.

Əsrimizdə doğruluq, düzlük kimi sərvət hanı?Gör nə xoşbəxtəm, bu sərvət məndə vardır, səndə yox.

Pozmadım ömrüm boyu, dar gündə də öz andımı,Andına möhkəm sədaqət məndə vardır, səndə yox.

Mən Süleyman Rüstəməm, qarşımda cövlan etmə gəl,Bərk ayaqda, çünki qeyrət məndə vardır, səndə yox!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland