Ağ günlü nəvəmsən
Nəvəm AzadəyəAzadə! Gözəllər gözəlindən də gözəlsən!Mən bildiyim, ellər gözəlindən də gözəlsən!
Şıltaqlığına hər gün ürəkdən gülürəm mən,Hər kəlməni hər dərdimə dərman bilirəm mən.Görcək səni, yorğunluğa üstün gəlirəm mən,Hər kəlməsi tər güllü, gülər üzlü nəvəmsən,Xoşbəxtəm onunçun ki, günəş gözlü nəvəmsən.
Şair babanın sözlərini saxla yadında,Azadə sözü nəğmə kimi varkən adında –Öz bəxtini yüksəklərə qaldır qanadında.Saf sevgiyə layiq, məzəli, nazlı nəvəmsən.Bülbül nədir, ondan da xoş avazlı nəvəmsən!
Sən bəxtimə bax, ömrümə solmaz yaraşıqsan,Sən heç tayı, heç bənzəri olmaz yaraşıqsan,Ellər də bilir kölgədə qalmaz yaraşıqsan.Azadəciyim, ömrü bahar çağlı nəvəmsən,Öz yurduna, öz millətinə bağlı nəvəmsən!
Öyrən vətəni, milləti öz yaşlı babandan,Dünyanı dolanmış başı qar saçlı babandan,Təbriz sarıdan gözləri qan yaşlı babandan,Sən dərdi, qəmi yoxluğa sürgünlü nəvəmsən,Ağ günlü nəvəmsən, mənim ağ günlü nəvəmsən.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-ag-gunlu-nevemsen
Use ← → keys to move, R for a random poem
More by this author
Salmasa cananın hicrana canan, yaxşıdır,Saxlasa öz eşqini qəlbində pünhanı, yaxşıdır.
Kimə tapşırıb gəldin?!Musa Yaquba*Qələm dostum, dağları kimə tapşırıb gəldin,
Qar yağır noğul-noğulBudur səhərdən bəri,Qar yağıb örtür yeri.
SığırçınlarŞimaldan dəstə-dəstə uçub gəlir Bakıya,Soyuqlara dözümsüz quşlar, sevimli quşlar.