Ana! Köçdünsə də, öpüşlərininYeri xatirətək üzümdə qaldı.Bizim ana-oğul məhəbbətimizXoşbəxtəm ki, mənim özümdə qaldı.

Mən hər bağ vaxtında çox səni yordum,Kol-koslar içində mayallaq vurdum.Sözünə baxmadım, yıxıldım, durdum,Tikanların yeri dizimdə qaldı.

Çoxdan, Novxanıda səninlə birgəXeyli meynə əkdik tər tökə-tökə.Gözlərim o vaxtdan yol çəkə-çəkəAğ şanı adlanan üzümdə qaldı.

Rahat yaşasam da ocağımda mən,Nəvə oynatsam da qucağımda mən,Səninçün körpəydim bu çağımda mən,Gözün gecə-gündüz izimdə qaldı.

Ana! Gör nə deyir bu şair balan –Sən mənim qalamdın, mən sənin qalan,Səkkiz baş övlada çaldığın laylanŞeirli, nəğməli sözümdə qaldı.

Çox da qara torpaq ayırdı bizi,Eşqinin qəlbimdən silinməz izi.Anacan, budur ki, sözümün düzü –Surətin ömürlük gözümdə qaldı.

20 mart 1985

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets