Demərəm
Mən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.Qanqala – dağ çiçəyi, hörpəyə reyhan deyənin –Bağda dingildəsə də, zatına bağban demərəm.Birinin könlünə yatmır, quru mənzumələri,Onu həzm etməyənə, doğrusu nadan demərəm.Nəzminin əvvəli yox, ortası yox, axırı yox,Çox da var qafiyəsi, hər şeyə dastan demərəm.Geysə aslan dərisi, çəksə də min nərə əgər,Bunu bilsin adına səhv edib, aslan demərəm.
Yuxusuz kəslərə dərmandır ucuz cümlələri.Qonşuda nəqdi qoyub, özgəyə loğman demərəm.Suludur nəzminin hər kəlməsi, hər vergülü də,Belə kankanı danıb, yadlara kankan demərəm.Özünə aşiq olub, sənəti alver bilənə,Mənə milyon kərə can-can desə, bir can demərəm.Hədə-qorxuyla, dilənməklə yaranmır şöhrət,Belə bir aşiqə, yalvarsa da Sənan demərəm.“Şerini” dinləməsəm, görməsəm illərlə üzün,Şadlığım həddən aşar, mən buna hicran demərəm.Yaradıb kirli qaşıqla ləpələr nəlbəkidə,Deyir: “Ümmana baxın” mən ona ümman demərəm.Qalmayıb, qalmayacaq cansız əsərlərdən əsər,Mən belə kəslərin ünvanına böhtan demərəm.Sağlığında özünü dahi bilən xəstələrin,Üzünə dik demişəm fikrimi, pünhan demərəm.Deməsəm qanmaz – qanmaz, kütə – küt, düz sözə – düz,Düz sözümdür, özümə bir də Süleyman demərəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-demerem
Use ← → keys to move, R for a random poem
More by this author
Oxucum, ömürlük şair gözümdəMəhəbbətdir mahnı, həyatdır mahnı.
Gecəli-gündüzlüAzadlığıma şahid qanım rəngli bayrağıÖmürlük başı üstə saxlayan şairəm mən.
Mübarizə elan edirəmDəmir kimi kəlmələrdir mənim silahım,Şeirlərdir, nəğmələrdir mənim silahım!
OxucumaOxucum, vətənə məhəbbətimiMənim bu döyünən ürəyimdə gör.
Poems by other poets · Satire
Mirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –
Savadsız xanəndələrəXanəndəsən, oğlan, avazın yaxşı avazdır,Hərçənd ki, elmin, biliyin bir qədər azdır.
HƏ, DE GÖRÜM, NƏ OLDU BƏS, AY BALAM, İDDƏALARIN?HƏ, DE GÖRÜM, NƏ OLDU BƏS, AY BALAM, İDDƏALARIN?**Hə, de görüm, nə oldu bəs, ay balam, iddəaların?
Bir, iki, üç kərəSöyləmişəm bu sözü məxluqa mən,Ay Baba can, bir, iki, üç kərə.