Dəmir kimi kəlmələrdir mənim silahım,Şeirlərdir, nəğmələrdir mənim silahım!Vaxt olur ki, gözüm düzü düz görməyəndə,Mənə çoxdan tanış üzü düz görməyəndə,Yolumdakı çöl-düzü düz görməyəndə,Gözümə də mübarizə elan etmişəm,Özümə də mübarizə elan etmişəm!

Lovğalara, satqınlara, rüşvətbazlara,Özlərini sevən arsız şöhrətbazlara,Millətini tanımayan millətbazlaraHər sözümlə mübarizə elan etmişəm,Ər sözümlə mübarizə elan etmişəm!

Azadlığa ölüm hökmü yazan kəslərə,Millətlərin dostluğunu pozan kəslərə,Haqq yolundan, düz yolundan azan kəslərəSöz ordumla mübarizə elan etmişəm,Öz ordumla mübarizə elan etmişəm!

Ağ günümü qara görən cahangirlərə,Cinayətlə ömür sürən cahangirlərə,Ölümlərə rəvac verən cahangirlərəÖz sazımla mübarizə elan etmişəm.Hər yazımla mübarizə elan etmişəm!

Başqasının torpağına göz dikənlərə,Vətənindən uzaqlarda qan tökənlərə,Tarix boyu sinələrə dağ çəkənlərəHər kəlməmlə mübarizə elan etmişəm,Hər nəğməmlə mübarizə elan etmişəm!

Harda olsa dərdliyə şad söyləyənlərə,Addımbaşı haqlıya yad söyləyənlərə,Günə, aya görünmə, bat söyləyənlərəAmalımla mübarizə elan etmişəm,Cəlalımla mübarizə elan etmişəm!

Yerdə-göydə müharibə aşiqlərinə,Bizə qarşı qəfil zərbə aşiqlərinəQan püskürən bu dəbdəbə aşiqlərinəMən amansız mübarizə elan etmişəm,Sülhçün qansız mübarizə elan etmişəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love