Bu axşam sahildəyəm, gəzirəm ağır-ağır,Dinib payız dilində şıdırğı yağış yağır.Hələ qabaqda qış var,Bolluca qar-yağış var.Qatar-qatar buludlar pərdə çəkəcək göyə,Qışımız keçəcəkdir geyimsiz, çılpaq deyəMəni yoldan eləyib saxlayır bu ağaclar,Yarpaqlardan yaş töküb ağlayır bu ağaclar.Dözünüz, ağaclarım, dözünüz, ağaclarım,Uzun sürməz, bağlanar yağışın, qarın yolu.Çox gözəl bilirsiniz özünüz, ağaclarım,Açılır mahnılarla gec-tez baharın yolu.Yüz bahar ötürmüşəm, artıq yaşa dolmuşam,Hesabsız şənliklərin ağsaqqalı olmuşam.Kaş ki, gənclik baharım gələydi sizinki tək,Ömrümün payızında güləydi sizinki tək!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring