Leyla
Bu ellər göz yaşında qərq olub boğulanda,Sevindi evdəkilər o dilbər doğulanda.Boynuna muncuq salıb dedilər: – Gəlmə gözə,Allah bilir, bəlkə də, düşdü ayağın bizə!Anası layla çaldı əmizdirərək onu,Bilmədi körpəsinin nə olacaqdır sonu.Adını Leyla qoyub, qızı qundaqladılar,Bəxtinə, taleyinə ümidlər bağladılar.Heyhat! Aldanırdılar, bunlar xəyaldı, xəyal,Bu torpaqda sevinmək, gülmək mahaldı, mahal...Şaxta qılınc çəkərək gur-gur gurladı, durdu,Aclıq ondan da betər gəlib qapını vurdu.Ehtiyac gözdən saldı Leylanın beşiyini,Artıq çəkən olmadı gecələr keşiyini.Aldı qanadlarına əcəl körpə Leylanı,Sübhədək ağladılar öpə-öpə Leylanı.Leylanı unutdular, Leylanı unutdular,Yuyub o gül bədəni ağ kəfənə tutdular.Aparıb tapşırdılar soyuq qara torpağa,Qaranquşlar qondular qəbrinə ağlamağa.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-leyla
Use ← → keys to move, R for a random poem
More by this author
Odlar ölkəmdəki bu yaraşıqlarKönlümün ən şirin, xoş nəğməsidir.
Vətən eşqiVətən gülşənləri görünür mənəŞeir bağım kimi, söz bağım kimi.
YaylıqQoy deyim bu yaylığı niyə əzizləmişəm,Niyə onu biganə gözlərdən gizləmişəm.
Həqiqət nəfəsliOdlar diyarımın xəritəsindəHəqiqət nəfəsli Lənkəranımsan!
Poems by other poets · Death
Ümid əgər bu qaranlıq cahanda olmazsa,Kim axtarardı həyatın şəfəqli çeşməsini?
به تبریز خانه برین بر زمین؟بکردم بدینار و در ثمین
Tö’meyi-nəharÇığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör!Sus, ay yazıq, fəzadəki üqabi-canşikarı gör!
PərişanÇıxdım bu dağlan seyran eylədim,Gördüm yar gəzdiyi yerlər pərişan.