Sonamız
Şeirlərimin ilk oxucusu makinaçı bacım Sonaya
Bizi bizdən də gözəl sən tanıyırsan, Sonamız,Üzü ağ, alnı açıq, ey nəcib insan, Sonamız!
Bu böyük ailədə keçdi bahar çağlarınız,Qəlbinizdən demirəm köçdü bahar çağlarınız.
Verdi can kəlmələrə, sözlərə barmaqlarınızHamımızçün çox əzizsən, çox əzizsən Sonamız,Bilməyən yox bunu, vicdanı təmizsən Sonamız!
Bilirəm mən, xoşuna gəlmir ürəksiz yazılar,Qanı buzdan da soyuq, xalqa gərəksiz yazılar.Vətən övladına dar gündə köməksiz yazılarBax, bununçün edirəm mən sənə hörmət Sonamız.Qoy var olsun deyirəm səndə bu cürət Sonamız!
Sən vurursan görürəm günləri zəhmətlə başa,Dəyməsin ömrünün ağ yelkəni ümmanda daşa.Yaşa xoş günlərimizçün, vətən eşqinlə yaşaÇəkməsin üstünə öz ordusunu qəm, Sonamız,Görməsin gözlərin ömrün boyu şəbnəm, Sonamız!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-sonamiz
Use ← → keys to move, R for a random poem
More by this author
Mən etibar edib o nigarın vəfasına,Düşdüm məhəbbətin dolaşıq macərasına.
Bəsdir, gözəlimMəni məftun elədin, ah, bu nə səsdir, gözəlim?!Bu nə səsdir, nə həvəsdir, nə nəfəsdir, gözəlim?
Sən başqasan, mən başqayamBiganəyə*Mən baharam, sən xəzan, sən başqasan, mən başqayam,
GəncəElə ki, güldü sənin bəxtinə dövran, Gəncə,Hər yerin, hər bucağın oldu gülüstan, Gəncə.
Poems by other poets · Nature and spring
Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə zinət,Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,
Gəldi yar...Həyat yoldaşım Zəkiyyəyə*Pəncərəmdə əsdi meh,
گل سرخ، روزی ز گرما فسردفروزنده خورشید، رنگش ببرد
Çanaqçı mülkündən səfər elədikÇanaqçı mülkündən səfər elədik,Mənə qənim oldu yollar, ağlaram.