Həyat yoldaşım Zəkiyyəyə

Pəncərəmdə əsdi meh,Dedi: – Şair, gəldi yar!– Bəs, sən kimsən? – dedim mən.Dedi: – Onun nəfəsi,Unutdunmu məni sən?Günəş düşdü qapıma,Dedi: – Şair, gəldi yar!– Bəs, sən kimsən? – dedim mən.Dedi: – Nədir bu söhbət?Mənəm, dostum, o qızınGözündəki parıltı,Qəlbindəki hərarət.Ağacda bülbül ötdü,Dedi: – Şair, gəldi yar!– Bəs, sən kimsən? – dedim mən.Dedi: – Onun səsiyəm.Yolunu gözlədiyinO qızın nəğməsiyəm.Bağçada lalə açdı,Dedi: – Şair, gəldi yar!– Bəs, sən kimsən? – dedim mən.Dedi: – Könül verdiyinGözəlin yanağıyam.Bu evin qonağıyam!Çıxdım çölə, gördüm ki,Doğrudan da gəlib yar, –Yox, yox! Təkcə yar deyil,Evimə gəlmiş bahar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring