Bu gün səhər keçəndə bir meşənin içindənBir bənövşə dərdim mən.Boynunu əydi yenəDedi bənövşə mənə:– Oğlan, kimsən, nəçisən?Qoydun gözəl laləni,Niyə dərdin məni sən?Düzəltdim mən boynunu,Sinəmə basdım onu.Dedim: – Gözəl bənövşə!Sən yaxşı bax üzümə,Gəl qulaq as sözümə.Sən, altında gəzdiyimGöylər kimi qəşəngsən,Bu göylərin altındaBir gözəl qız sevdim mən!– Axı bundan mənə nə?– Dayan, deyim mən sənə,– Onun adı – Bənövşə!– Onun gözü – bənövşə,Onun hər bir mahnısı,Şirin sözü bənövşə!İndi, onu gəzirəm...Bax, sinəmdə bu dağa!Uçdu göyərçin kimiO qız getdi uzağa...Bənövşə bir kədərləQulaq asdı sözümə,Tərpəndi asta-asta,Baxdı mənim üzümə:– Gedək, – dedi, a dostum!Gəzək dağı, meşəni,Haray salaq çöllərə,Axtaraq bənövşəni!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring