Otağımda dəniz ətri,Yatağımda dəniz ətri,Göy sularda yaxalananBədəninin, tellərininƏtridir bu, sevgilim!Dalğaları yarıb üzənGen sinənin, əllərininƏtridir bu, sevgilim!Sən bir qızıl balıq kimiÜzən zaman dalğalarda,Qırmızı bir rəngə çalırElə bil ki, dalğalar da!Dəniz səndən ətir alırSən dənizdən, sevgilim!Ayrılmayır bu al günəşBir an sizdən, sevgilim!Gözlərində məskən salıbGecə-gündüz dəniz özü,Sənin şirin nəğmələrinLəpələrin olub sözüQoy var olsun KoktebeldəQara dəniz, bir də insan,Sevgilim!Göy təpələr, bu boz dağlar,Bu məhəbbət, bu xoş dövranSevgilim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring