Əlvida, gözəl Qaqra!Həmişə yaşıl olanDağlarına əlvida!Ətrindən məst olduğumMandarini sapsarıBağlarına əlvida!Əlvida, gözəl Qaqra!Ellərimə bənzəyənEllərinə əlvida!Bağçaların bəzəyiBiri qızıl, biri ağGüllərinə əlvida!Hər şeydən çox sevdiyim,Budaqları sallananPalmalara əlvida!Süfrələrin zinətiŞərablara əlvida!Almalara əlvida!Əlvida, gözəl Qaqra!Gecələr dinlədiyimSükutuna əlvida!Bir qoyun sürüsü təkYamaclara yığılanBuluduna əlvida!Dənizlərin gözəli,Qara dəniz deyilənDənizinə əlvida!Suların üzündəkiGümüşünə əlvida!Xoş sözünə əlvida!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring