Dünyamızda nə qansız, nə nadan şöhrət tapar,Nə tüfeyli, nə yaltaq, nə filan şöhrət tapar.

Zəhməti, məhəbbəti vətənə rövnəq verənKönlü arzular dolu mərd insan şöhrət tapar.

Darda vətən yolunda, şirin canından keçənAlnı açıq, üzü ağ qəhrəman şöhrət tapar.

Kim ki andını pozmaz, süngülər arasındaAdı olar dillərdə bir dastan, şöhrət tapar.

Nə dükanda satılır şöhrət, nə də bazarda,Millətinin qəlbinə yol tapan şöhrət tapar.

Yarı yolda qalmasa, qələmi kütləşməsəMahnısı al bayraqlı Süleyman şöhrət tapar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland