Bir hekayə, bir novella yaza bilmirəm,Hıqqanıram dost-aşnaya məktub yazanda.Məsləhətə zərrə qulaq asa bilmirəm,İlhamıma ziyan gəlir qulaq asanda.Başqa şeylə göstərirəm istedadımı –Mən şıdırğı həftədə bir roman yazıram.Bəli, eldən ayrı sürüb öz həyatımı,Göz dəyməsin, bir nəfəsə yaman yazıram.Yox, mənasız yetmir başa ömrümün sonu,Dirsəyimin öpüşüylə yeyilib masam.Dostlar məni unudacaq, bilirəm bunu,Heykəlimi öz xərcimə qayırtdırmasam!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire